Simyacı, Paulo Coelho
Kimyagərin dediyi kimi, xoşbəxtliyi adi qum dənəsində də tapmaq olar. Çünki bu qum dənəsini yaratmaq üçün Kainat milyardlarca illər sərf etmişdir. «Yer üzündə yaşayan hər kəsi öz xəzinəsi gözləyir, – qəlbi deyirdi, – lakin biz ürəklər susmağa öyrəşmişik, çünki insanlar öz xəzinələrini tapmaq istəmir. Yalnız uşaqlara biz bu barədə danışırıq, sonra baxırıq ki, həyat necə hər kəsi öz taleyinin görüşünə aparır, lakin bədbəxtlikdən, yalnız çox az adam Öz Yolu ilə gedir. Yerdə qalanlara isə dünya qorxu aşılayır və buna görə də doğrudan da təhlükəli olur. Belə olduqda biz ürəklər lap astadan danışırıq: heç zaman susmuruq, amma çalışırıq ki, sözlərimiz eşidilməsin; öz ürəklərinin səsinə qulaq asmadıqları üçün insanların əzab çəkməsini istəmirik.


0 Yorum :
Yorum Gönder